AZ

Parisdən növbəti skandal: Separatçıya medal verdilər

Fransanın paytaxtı Paris şəhərinin meri Ann İdalqo keçmiş separatçı rejimin nümayəndəsi Artak Beqlaryana medal verib.

Teleqraf.com xəbər verir ki, separatçı Parisdə qondarma soyqırımı ilə bağlı keçirilən tədbirə İdalqonun dəvəti ilə qatılıb.

Tədbirdə Fransa-Ermənistan Təşkilatlarının Koordinasiya Şurasının həmsədrləri Ara Toranyan və Murad Papazyan, Ermənistanın Fransadakı səfiri Asmik Tolmacyan, Ann İdalqo və Artak Beqlaryan çıxış ediblər.

İdalqo tədbirin sonunda Beqlaryana Parisin ən yüksək medalı “Qran Vermeil”i verib.

Artaq Beqlaryan indi də separatçı fəaliyyətlərini davam etdirir. O, “artsax ittifaqı” adlı özündən ibarət bir “təşkilat” qurub. “Fəaliyyət çərçivəsi və hədəfi” xaricdəki erməni diasporundan pul qoparmaqdan o tərəfə keçmir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla