AZ

Kəşfiyyatçıdan ŞOK AÇIQLAMALAR

Almaniyadakı son kəşfiyyat hadisələri Avropada narahatlıq yaradır.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, "Haber Global" danışan təqaüdçü alman kəşfiyyatçısının sözlərinə görə, Rusiya və Çin əməliyyat mərkəzlərini Berlinə köçürüb.

Rəsmi orqanlar ötən bazar ertəsi Almaniyanın Frankfurt şəhərinin Bad Homburq qəsəbəsində üç Almaniya vətəndaşının casusluq etdikləri üçün həbs edildiyini açıqlayıb.

Həbs edilən şəxslərin ölkənin hərbi texnologiyalarını Çinə satdıqları iddia edilib.

Şübhəlilərin 2022-ci ilin iyun ayından Çin kəşfiyyatı üçün çalışdıqları da məlum olub. Şübhəlilərin Almaniyada istehsal edilən üstün texnoloji bilikləri və ölkədəki qabaqcıl texnologiyaya sahib xüsusi lazer sistemini Çinə satdıqları bildirilib.

Digər tərəfdən, Herwig F. və Ina F. kimi iki şübhəlinin Almaniyanın Düsseldorf şəhərində bir şirkət sahibi olduğu və bu şirkət vasitəsilə alman elm adamları və tədqiqatçıları ilə əlaqələr quraraq iş gördükləri də öyrənilib.

Almaniya federal Kəşfiyyat Xidmətindən (BND) təqaüdə çıxan ekspertin verdiyi məlumata görə, Almaniya Çini Avropanın ən böyük strateji rəqibi və iqtisadiyyatı üçün ən böyük təhlükə olaraq görür.



Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla