AZ

Manaf Ağayevi Füzulidə avtomobil karvanı qarşıladı - Video

Müğənni Manaf Ağayev ad gününü Füzulidə qeyd edib.

Axşam.az xəbər verir ki, 60 yaşı tamam olan sənətçi bu münasibətlə ata yurduna yollanıb. M.Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun ad günü gününə salıblar.

"Bugün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu. Allah bəyimizi xoşbəxt eləsin. Hər zaman Qarabağımıza xoş günlərə gələk, inşallah" deyə, sənətçi əlavə edib.

Qeyd edək ki, M.Ağayevin 2022-ci ildəki Füzuli səfəri qalmaqala səbəb olmuşdu. "AA" seriyalı avtomobillə Füzuliyə gedən sənətçinin görüntüləri müzakirələrə səbəb olmuşdu. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, M.Ağayev və dostu işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bu görüntülərə görə ifaçı 15 sutka həbs olunmuşdu.


BiG.Az
Seçilən
54
6
Mənbələr
Şərh ()
Bağla