AZ

"Atletiko" onunla müqaviləni uzatmaq istəyir

"Atletiko" futbolçusu Aksel Vitsellə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Madrid təmsilçisi belçikalı yarımmüdafiəçinin sözləşməsini 2025-ci ilin yayına kimi artıracaq.

35 yaşlı futbolçu bu mövsüm La Liqada 30 oyunda 2 qol vurub. Onun müqaviləsi yaya kimidir.
Seçilən
24
Mənbələr
Şərh ()
Bağla