AZ

ABŞ təşkilatları Ermənistanda yeni AES-in tikintisi ilə bağlı tədqiqatlarda iştirak edir

Ermənistanda yeni AES-in tikintisi ilə bağlı texniki-iqtisadi tədqiqatlar aparılır.

APA xəbər verir ki, bu barədə erməni Telegram kanalları İnfrastruktur Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika təşkilatları da bu prosesdə iştirak edir.

Bildirilib ki, ekspertiza hansı texnologiyanın və hansı gücə malik elektrik stansiyasının respublika üçün daha səmərəli və iqtisadi cəhətdən sərfəli olacağını anlamağa imkan verəcək.

Qeyd edək ki, ABŞ aprelin əvvəlində atom enerjisinin inkişafı və enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində Ermənistana dəstək verməyə hazır olduğunu bəyan edib.

Seçilən
38
2
Mənbələr
Şərh ()
Bağla