AZ

Fahriye və Burakdan sevgi dolu yeni foto

"Çalıkuşu" serialında tanış olan və dostluqları zamanla sevgiyə çevrilən Fahriye Evcen və Burak Özçivit 2017-ci ildə ailə həyatı qurublar.

News24.az xəbər verir ki, 2019-cu ildə oğulları Karanı dünyaya gətirən Fahriye Evcen və Burak Özçivit 18 yanvar 2023-cü ildə Kərəmin doğulması ilə ikinci dəfə valideyn olmaq xoşbəxtliyini yaşayıblar.

Sosial şəbəkələrdəki paylaşımları ilə tez-tez adından söz etdirən Fahriye Evcen son zamanlar əri ilə keçirdiyi xoş anları izləyiciləri ilə bölüşüb.

Əvvəlcə həyat yoldaşının kamerasına poza verən Fahriye Evcen daha sonra Burak Özçivitlə pozasını izləyicilərinə təqdim edib.

Evcenin paylaşımı qısa zamanda minlərlə bəyənmə və “Çox gözəl cütlüksünüz”, “Allah sizi qorusun”, “Bir cütlük bu qədər gözəl görünürmü?” kimi şərhlər toplayıb. 

Həmin fotoları təqdim edirik.

Günel Məlikzadə


Seçilən
15
Mənbələr
Şərh ()
Bağla