AZ

Rusiyanın yeni silahı ABŞ-a məxsus peykləri vura biləcək

Rusiyanın

Rusiyanın "S-500" zenit-raket kompleksi yeni silah olaraq ABŞ-nın peyklərini, həm də onlar tərəfindən kosmosa buraxılacaq bütün növ müasir silahları vura biləcək.

Reyting.az
xəbər verir ki, bunu hərbi sahələrdən bəhs edən "Milli Müdafiə" jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko "Çarqrad" qəzetinə müsahibəsində deyib.

İ. Korotçenkonun sözlərinə görə, bu yeni kompleks həm Rusiyanın orbital nəzarətini gücləndirəcək, həm də ABŞ-a cavab olacaq.

Ekspert vurğulayıb ki, ABŞ kosmosa çox fəal şəkildə hərbi komponent yerləşdirir. ABŞ bu proseslərdə xüsusi olaraq önəm verdiyi "X-37B" yeni orbital dronundan istifadə etməyə başlayıb.

Hərbi ekspert deyib: "Bu qurğu nəzəri olaraq müxtəlif növ silahları daşıya və orbitdən Rusiyaya hücum edə bilər. Yeni "S-500" kompleksi isə istənilən vaxt kosmosda kifayət qədər miqdarda yerləşdiriləcək orbital, həm də təkrar istifadə edilə biləcək Amerikanın servislərinə Rusiyanın cavabıdır”.

İ. Korotçenko qeyd edib ki, yerə yaxın kosmosun hərbiləşdirilməsi üzrə Amerika hərbi və kosmik proqramının ayrılmaz bir hissəsinə çevrilən "X-37B" təyyarəsi yeni nəsil kosmik silahların yerləşdirilməsinə başlayıb. Mütəxəssis vurğulayıb ki, Rusiyanın "S-500" kompleksi də məhz eyni məqsədlə yaradılıb. "Çünki bu silahgələcəkdə baş verəcək bütün təhdidlərin qarşısını almaq üçün ən yaxşı cavabdır",- deyə hərbi ekspert fikrini yekunlaşdırıb.

Qeyd edək ki, bir müddət öncə rusiyalı digər hərbi müşahidəçi və istefada olan polkovnik Viktor Baranets də bildirmişdi ki, yeni "S-500" zenit-raket kompleksi öz sələflərindən xeyli uzaqda görünür. Onun sözlərinə görə Rusiyanın istehsalı olan bu yeni silah çox mükəmməl bir yönləndirmə sisteminə malikdir.

Oqtay QORÇU
Seçilən
20
Mənbələr
Şərh ()
Bağla