AZ

İstanbulda terror törədən qadına 1794 il həbs cəzası verildi

İstanbulun Taksim bölgəsində terror aktını törədən Əhlam Əlbəşirlə bağlı məhkəmə qərarı açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, o, 7 dəfə ömürlük həbs cəzasına məhkum edilib.

 

Məhkəmə ümumilikdə terrorçuya 1794 il həbs cəzası verib.

 

Qeyd edək ki, 2022-ci il noyabrın 13-də İstanbulun Taksim ərazisində partlayış baş verib. Terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. 

Seçilən
33
2
Mənbələr
Şərh ()
Bağla