AZ

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.

 

Sfera.az xəbər verir ki, Karnataka seçkilərdə iştirak nisbəti aşağı olan şəhərlər sırasındadır. Buna görə də, otellər, nəqliyyat şirkətləri və müxtəlif şirkətlər Hindistan Seçki Komissiyası ilə əməkdaşlıq edərək seçiciləri səs verməyə təşviq etmək üçün müxtəlif təşəbbüslər irəli sürüblər.

 

Bunlara pulsuz taksi xidməti, yemək və sağlamlıq yoxlamaları daxildir. 

 

Xatırladaq ki, 2019-cu ildə keçirilən ümumi seçkilərdə Banqalorda orta seçici fəallığı 54 faiz olub.

 

Qeyd edək ki, Hindistanda dünyanın ən uzun müddət davam edəcək parlament seçkiləri başlayıb. Seçki prosesi 19 aprel, 26 aprel, 7 may, 13 may, 20 may, 25 may və 1 iyun olmaqla, növbə ilə ölkənin 28 ştatında və 8 ittifaq ərazisində müxtəlif seçki dairələrində baş tutacaq.

 

Asya

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla