AZ

Tanınmış alim və şair vəfat etdi

Alim və şair Mixail Krivoşeyev Ufada vəfat edib. 

News24.az xəbər verir ki, bu barədə “Bashinform” məlumat yayıb.

Məlumata görə, onun 37 yaşı var olub.

Qeyd edək ki, Mixail Mixayloviç Krivoşeyev 22 avqust 1986-cı ildə Buryat Muxtar Dairəsinin Moqoituy kəndində anadan olub. İki yaşından Başqırdıstanda, Sibay şəhərində yaşayıb. Başqırd Dövlət Universitetinin Biologiya fakültəsində magistratura pilləsində təhsil alıb.

Biologiya elmləri namizədi, dosent Başqırd Dövlət Universitetinin zoologiya muzeyinin rəhbəri olub. 2010-cu ildə “Belskie Prostori” jurnalının “Ümid” nominasiyası üzrə laureatı, “Meowfest - 2010” tələbə festivalının qalibi.

Mehriban Mirzəzadə



Seçilən
30
Mənbələr
Şərh ()
Bağla