AZ

Tarixi qala baxımız buraxılıb

Sənədli film istehsalçısı Tikantəpə (indiki Tikab) rayonu Durbaş kəndində yerləşən tarixi qalanın baxılmaz qalmış vəziyyəti barədə çəkiliş edib.

100 ildən artıq tarixi olan böyük və görkəmli qala özünə məxsus memarlığı ilə Qacarlar çağında salınıb. 

Lakin hal hazırda Şəriq Azərbaycan Əyaləti Əl Sənayesi və Mədəni İrs Təşkilatının laqeydliyi və qalanın vəziyyətinə ciddi yanaşmadığı nəticəsində onun çox hissələri dağılıb, qalan tikililər də dağılmaq üzrədir.

“Tikan Təpə sakini milli ruhu olan bir şəxs illər öncə qalanının dağınıq hissələrini təmir etməyə cəhd edib. Lakin qala hazırda gördüyünüz baxımsız vəziyyətdədir” sənədli film istehsalçısı Məhəmməd Əlimuradı deyib.

Əlimuradi tarixi qalanın dağılmasının qarşısını almaq məqsədi güney azərbaycanlılara müraciət edib.

“Təbriz, Zəngan, Urmu, Qəzvin, Tehran şəhərlərində, həmçinin ölkədan xaric yaşayan və vətənin eşqini ürəklərində daşıyan azərbaycanlı sərmayə sahiblərinə müraciət edirəm. Bu kimi milli tarixi abidələrimiz bərpa və təmir olunmaları üçün sizin təşəbbüsünüzü gözləyir”-deyə Əlimuradı vurğulayıb.

O, qalanın vəziyyətindən paylaşdığı çəkilişin sonunda deyib: “gəlin çiyin-çiyinə verib milli irslərimizi qoruyaq!”

Məhəmməd Əlimuradı bundan əvvəl də  Tikantəpənin Yolğun Ağac kəndində yerləşən tarixi hamamın acınacaqlı vəziyyətindən video çəkiliş edərək əyalətin rəsmiləri tərəfindən Azərbaycanın abidələrinə laqeyd yanaşmalarına etirazını bildirmişdir. 

visiontv.az



Seçilən
16
Mənbələr
Şərh ()
Bağla