AZ

Qorxurlar: Çin və Rusiya Avropadakı kəşfiyyat əməliyyatlarının mərkəzini bu ölkəyə köçürüb

Almaniya son kəşfiyyat hadisələri ilə dünya gündəmindədir. Çin ölkədən texnologiya qaçırmağa çalışarkən, Rusiya təxribat və sui-qəsd planları hazırlayır. Son kəşfiyyat hadisələri Avropada narahatlıq yaradır.

Publik.az xəbər verir ki,Çin və Rusiya Avropadakı kəşfiyyat əməliyyatlarının mərkəzini Almaniyaya köçürüb.

Rəsmi orqanlar Almaniyanın Frankfurt şəhərinin Bad Homburq qəsəbəsində casusluq fəaliyyətinə görə üç Almaniya vətəndaşının həbs edildiyini açıqlayıb. Həbs edilən şəxslərin ölkənin hərbi texnologiyalarını Çinə satdıqları iddia edilib. Şübhəlilərin 2022-ci ilin iyun ayından Çin kəşfiyyatı üçün çalışdıqları da məlum olub. Şübhəlilərin bir tərəfdən Almaniyada istehsal edilən üstün texnoloji bilikləri, digər tərəfdən ölkədə qabaqcıl texnologiyaya sahib xüsusi lazer sistemini Çinə satdıqları aşkar edilib.

Əldə edilən məlumata görə, qruplaşmanın lideri Tomas R. Almaniyada Çin Dövlət Təhlükəsizliyi Nazirliyi nəzdində “hərbi istifadəyə yararlı və ya istehsal olunan qabaqcıl texnologiyaların əldə edilməsi” ilə bağlı tapşırıq verib. Digər tərəfdən, Hervig F. və Ina F. kodlu digər iki şübhəlinin Almaniyanın Düsseldorf şəhərində bir şirkətə sahib olduqları və bu şirkət vasitəsilə alman elm adamları və tədqiqatçılarla əlaqələr quraraq iş gördükləri də öyrənilib.

Digər tərəfdən, Rusiya üçün kəşfiyyat fəaliyyəti həyata keçirən iki Almaniya vətəndaşının Almaniya ərazisindəki hərbi və sənaye obyektlərinə qarşı təxribat və sui-qəsd planlarının hazırlanmasında iştirak etdiyi bildirilir. Həbs edilənlər Ukraynaya göndərilən hərbi yardımı təxribat etmək planı qurduqlarını da etiraf ediblər. Diter.S və Alexander.J kimi kodlaşdırılmış agentlərin ABŞ-ın idarə etdiyi hərbi obyektə hücum etməyi planlaşdırdıqları da məlum olub.

Kəşfiyyat xəbər saytlarına görə, Almaniya da Fransa ilə birlikdə Rusiyada "Vaqner"in sıralarında muzdlu olaraq döyüşən və geri qayıtmağa başlayan vətəndaşlarını izləməyə başlayıb.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla