AZ

Politoloq: “Ermənistanın Azərbaycandan qaz ala bilmə məsələsi...”

Alen Simonyan bildirib ki, Azərbaycandan qaz ala bilərlər. Bunu müzakirə etməli olduqlarını, hətta Ermənistanın Rusiyadan aldığı qazın bir qismi Azərbaycan qazı olduğunu qeyd edib. Hazırkı situasiyada bu realdırmı? Bu hal Azərbaycan- Ermənistan arasında münasibətlərin normallaşmasından sonra, yoxsa prosesə müsbət təsir etməsi üçün öncə reallaşmalıdır?

Mövzu ilə bağlı sualımızı cavablayan politoloq Tural İsmayılov qeyd etdi ki, Azərbaycanın indiyə kimi Ermənistana təklif etdiyi sülh şərtləri Ermənistanın özünün dövlət olaraq xilasına xidmət edirdi:

 “Bizim sülh təklifimizdən Ermənistanın bu prosesdən yararlanmaq imkanları da çox genişdir.  Azərbaycanla Ermənistan arasında sülh ehtimalları müzakirə edilirsə, əlbəttə ki, Ermənistanın Azərbaycandan qaz ala bilmə məsələsi aktualdır. Bu gün normal qonşuluq münasibətimiz olan Gürcüstan Azərbaycanın  iqtisadi imkanlarından yararlanırsa, gələcəkdə Ermənistan da bu məsələdən yararlanmaq ehtimalları var. Əlbəttə, Azərbaycanla Ermənistan arasında geniş qaz alışı da daxil olmaqla, böyük iqtisadi layihələr, ancaq sülh müqaviləsi imzalandıqdan sonra mümkündür. Lakin sülh müqaviləsinə imzalana qədər olan müddətdə də Azərbaycan və Ermənistan arasında hansısa iqtisadi addımlar atıla bilər”.

Emin ŞİRVANZADƏ

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla