AZ

Meryem Uzerli dünyanın tanınmış simaları ilə bir arada - FOTO

Məşhur aktrisa Meryem Uzerli Dubayda keçirilən Beynəlxalq Qadınlar Konvensiyasının tədbirinə qatılıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2000-dən artıq adamın iştirak etdiyi tədbirdə Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı, supermodel Karla Bruni, məşhur tennisçi Mariya Şarapova kimi tanınmışlar da yer alıblar. 

Meryem Uzerlinin də çıxış etdiyi tədbirdə qadın liderliyindən süni intellektə, qadınların maliyyə azadlığından sosial şəbəkələrdən istifadələrinə qədər bir sıra mövzular müzakirə edilib.
Tədbirdən sonra ziyafət təşkil edilib. Yemək zamanı Karla Bruni Meryem Üzerli ilə eyni masada əyləşərək foto çəkdirib. Onlar gecə boyunca çoxlu söhbət edib, bəzi mövzularda müzakirələr aparıblar.
Sosial şəbəkələr və mətbautda paylaşılan foto hər kəs tərəfindən çox bəyənilib. Onlar "Necə də gözəl ziyafətdir" deyə şərhlər də yazıblar. 

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla