"Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, bank barəsində məhkəməyə Bağırova Kəmalə Məmməd qızı şikayət edib.
K.Bağırova bank barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr” üzrə iddia qaldırıb.
İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Vüsalə Musayevanın sədrliyi ilə baxılacaq.
Sadiq İsbəndərli