AZ

AFFA klubları cəzalandırıb

Bakı. Trend:

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidmətiaçıqlayıb.

Yığıncaqda Azərbaycan Premyer Liqasının XXXI turunda başverənlər müzakirə olunub. Çempionatın “Turan Tovuz” – “Sumqayıt”oyununda 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manatcərimə edilib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxilolduğuna görə “Turan Tovuz” 800 manat ödəyəcək. Qarşılaşmanınbirinci hissəsi bitdikdən sonra Qərb təmsilçisinin azarkeşləritərəfindən meydançaya kənar əşya atıldığına görə klub 800 manatziyana düşüb. 4 futbolçusu sarı vərəqə alan qonaqların cəriməsi 700manat olub.

“Qarabağ” – “Qəbələ” oyununda meydan sahiblərinin azarkeşləritərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500manat cərimələnib.

“Zirə” – “Neftçi” matçında qırımızı vərəqə alan Ceyhun Nuriyev 1oyun cəzalanıb. O, meydan sahiblərini 500 manat ziyana salıb. Görüşbitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə”800 manat cərimə edilib.

“Kəpəz” – “Sabah” qarşılaşmasında Gəncə klubunun azarkeşləritərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinəgörə klub 1000 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Səbail” oyunu bitdikdən sonra meydançayakənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat xərcədüşüb.

Seçilən
20
2
Mənbələr
Şərh ()
Bağla