AZ

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Azərbaycan

Bakı, 26 aprel, AZƏRTAC

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yer tutan iti zəka sahibləri mükafatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə ilk "5-lik"də qərarlaşan şahmatçılar mükafat alıblar.

Karyerasında ilk dəfə Azərbaycan çempionu olan Aydın Süleymanlıya qızıl medal və 12 min manat pul mükafatı verilib.

Medal və mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, eləcə də vitse-prezident Faiq Həsənov təqdim ediblər.

Qeyd edək ki, Aydın Süleymanlı finalda Məhəmməd Muradlıya qalib gəlib. 3-cü yer uğrunda görüşdə Xəzər Babazadəni məğlub edən Vüqar Rəsulov isə bürünc medala sahib çıxıb.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla