AZ

Dövlət Departamentinin sözçüsü ABŞ-nin İsrailə dəstəyinə görə İSTEFA VERDİ – FOTO

Dövlət Departamentinin sözçüsü ABŞ-nin İsrailə dəstəyinə görə istefa verib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin “The Jerusalem Post” qəzeti məlumat yayıb.

ABŞ Dövlət Departamentinin ərəbcə sözçüsü Hala Rharrit “Vaşinqtonun Qəzza zolağındakı müharibə ilə bağlı siyasətinə” etiraz olaraq istefa verdiyini açıqlayıb.

“Mən 2024-cü ilin aprelində ABŞ-nin Qəzza zolağındakı siyasətinə qarşı çıxan 18 illik görkəmli xidmətdən sonra təqaüdə çıxdım”, – Rharrit sosial şəbəkədə yazıb.

Qeyd olunur ki, bu, Yaxın Şərqdə baş verən hadisələrə görə departament əməkdaşlarının üçüncü istefasıdır.

Belə ki, mart ayında İnsan Haqları Bürosunun nümayəndəsi Anelle Şelin Ağ Evin siyasəti ilə razılaşmadığı üçün istefa verib, oktyabrda isə yüksək rütbəli məmur Coş Pol İsrailə hərbi yardım göstərilməsinin əleyhinə çıxış edərək departamenti tərk edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla