“Haas” pilotu Niko Hülkenberq mövsüm sonunda komandadan ayrılacaq.
İdmanxeber.az məlumat verir ki, bu barədə “Haas” rəsmi sosial media hesablarından xəbər verib.
Hülkenberq 2025-ci ildən “Zauber”in pilotu olacaq. O, komanda ilə çoxillik müqavilə imzalayıb.
Xatırladaq ki, “Zauber” 2026-cı ildən AUDİ adı ilə yarışmağa başlayacaq.