AZ

Külli miqdarda oğurluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Sumqayıtda oğurluq etməkdə təqsirləndirilən İmdad Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Hakim Samir İsmayılovun sədrliyi ilə keçirliəcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş İmdad Məmmədov şəhər ərazisində 28800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla