Makronun çıxış etdiyi universitetdə Fələstin etirazı
Fransa prezidenti Emmanuel Makron çıxış edəcəyi mərasimdə iştirak etmək üçün paytaxt Parisdəki Sorbonna Universitetinə gedib. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sorbonna Universitetində tələbələr İsrailin oktyabrın 7-dən blokadada olan Qəzzaya hücumlarına verdiyi dəstəyə görə Emmanuel Makrona etiraz ediblər. Universitetin qarşısına toplaşan tələbələr “Makron, get burdan, Sorbonna sənin deyil” şüarını səsləndiriblər. Əfsanə Rəcəb Manşet.az