AZ

AFFA “Neftçi”nin şikayətini təmin etməyib

Bakı. Trend:

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu qurumun mətbuat xidmətiaçılqlayıb.

Yığıncaqda “Neftçi”nin apelyasiya şikayətinə baxılıb. Tribunalpaytaxt təmsilçisinin müraciətini təmin etməyib.

Əvəzedicilər Liqasının XXIX turunun “Sumqayıt-2” ilə oyununun90+5-ci dəqiqəsində rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görəbirbaşa qırmızı vərəqə alan Ağadadaş Salyanskinin cəzası dəyişməzqalıb. Onun 4 oyun cəzalanması, komandanın 300 manat cəriməedilməsi qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Neftçi” Apelyasiya Arbitraj Tribunalınınqərarından Lozannadakı İdman üzrə Arbitraj Məhkəməsinə (CAS)şikayət verilmək hüququna malikdir.

Seçilən
6
4
Mənbələr
Şərh ()
Bağla