Səhər namazına gedən imama silahlı hücum - Qatil qonşusu çıxdı
Hatayın İsgəndərun rayonunda imam səhər namazı üçün məscidə gedərkən silahlı hücuma məruz qalıb və həyatını itirib. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qətli törədən şəxsin onun əvvəllər ədavəti olan qonşusu olduğu üzə çıxıb. Qeyd edək ki, Çamlık məscidində işləyən 40 yaşlı imam Həsən İnci 4 uşaq atasıdır və ailəsi ilə birlikdə məsciddə yaşayırdı. Əfsanə Rəcəb Manşet.az