AZ

"Zorla qız qaçırmaq adam oğurluğu hesab olunur" - HÜQUQİ İZAH

“Əvvəllər qızların demək olar ki, hamısı özləri oğlana qoşulub gedirdi. Təbii ki, bununla bağlı heç bir cinayət məsuliyyəti nəzərdə tutulmurdu. İndi də qızın razılığı ilə baş verən qaçırılma hallarında heç bir məsuliyyət nəzərdə tutulmur. Burada əsas məsələ qızın yetkinlik yaşına çatmasıdır. Biz belə hallarla da qarşılaşmışıq ki, qız könüllü şəkildə qoşulub qaçır, sonra isə deyir ki, məni zorla qaçırıblar”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Əlövsət Allahverdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsinin birinci bəndinə əsasən evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir: “Əgər sırf tamah məqsədilə bu hadisə baş verirsə, o zaman qaçıran şəxsi 8 ildən 12 ilə qədər həbs cəzası gözləyir. Bəzən belə bir hal da yaşana bilər ki, qızı qaçıran şəxs ona xəsarət yetirsin”.

Hüquqşünas qeyd edib ki, bu zaman qaçırılan şəxsin ölümünə səbəb olan şəxs 10 ildən 15 ilə qədər həbs oluna bilər: “Təbii ki, bu cəza qaçırılma hadisəsi qızın razılığı olmadan baş verərsə, tətbiq oluna bilər. Bizim cinayət məcəlləsinə görə yetkinlik yaşına çatsa da, çatmasa da zorla qız qaçırılması adam oğurluğu kimi dəyərləndirilir”.

Ləman Sərraf

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla