AZ

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi regionda sülhün bərqərar olmasına töhfələr verdi - Anar Eyvazov

Ağdam. Trend:

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 3 ildən artıq müddətərzində regionda sülhün və əminamanlığın bərqərar olmasınasabitliyin təmin edilməsinə böyük töhfələr verdi.

Bunu Trend-ə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazovdeyib.

O qeyd edib ki, Mərkəzdə fəaliyyət göstərən Türkiyə və Rusiyahərbi qulluqçularının Azərbaycan hərbi qulluqçuları ilə birgəfəaliyyəti nəticəsində monitorinq öz töhfəsini verdi.

“Bildiyiniz kimi, 2023-cü ilin sentyabr ayında Azərbaycansilahlı qüvvələri tərəfindən uğurla aparılan antiterrortədbirlərindən sonra Azərbaycan ərazisində Ermənistan silahlıqüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələriölkəmizin ərazisindən çıxarıldı və Azərbaycan Qarabağ iqtisadirayonunda bütün nəzarəti bərqərar etdi. Bununla da Türkiyə-RusiyaBirgə Monitorinq Mərkəzinin fəaliyyəti bitmiş oldu”, - deyə o əlavəedib.

Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyasıarasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəsrejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınmasıməqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərindəTürkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.

2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsindəAzərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununlaəlaqədar Rusiya Sülhməramlı Kontingenti bir neçə gün əvvəl Qarabağbölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə dəehtiyac qalmayıb.

Onu da əlavə edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya BirgəMonitorinq Mərkəzinin fəaliyyəti dayandırılacağı barədə TürkiyəMilli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla