AZ

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

Azərbaycan

Bakı, 26 aprel, AZƏRTAC

“Cəlilabad” komandası iki amerikalı basketbolçu ilə yollarını ayırıb. Bu barədə AZƏRTAC-a bölgə təmsilçisinin baş məşqçisi Şəhriyar Əsgərov məlumat verib. Təcrübəli mütəxəssis Camani Pirs və Kobi Tomasla vidalaşdıqlarını bildirib. C. Pirs ailə məsələlərinə görə, K. Tomas isə əvvəlki formasından uzaq olduğu üçün komandadan göndərilib. Qeyd edək ki, “Cəlilabad” müntəzəm mövsümü 23 xalla səkkizinci pillədə bitirib və pley-offa vəsiqə qazana bilməyib.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla