AZ

Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb

Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 182 ölkə arasında əvvəlki aya nisbətən iki pillə geriləyərək 38,32 Mb/san sürətlə 117-ci yerdə qərarlaşıb.

Bu, bir il əvvəlki göstərici (27,84 Mb/san) ilə müqayisədə 38% artım deməkdir.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (284,13 Mb/san), sonuncu yeri isə Kuba (2,92 Mb/san) tutub.

Azərbaycan mobil internetin sürətinə görə fevral ayına nisbətən martda üç pillə irəliləyərək 50,12 Mb/san sürətlə 148 ölkə arasında 56-cı olub.

Mobil internetin sürətinə görə birinci yeri Qətər (313,30 Mb/san), sonuncu yeri isə Kuba (4,01 Mb/san) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən bir pillə irəliləyərək 195 şəhər arasında 39,90 Mb/san sürətlə 134-cü yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (308,05 Mb/san) başçılıq edib. Sonuncu pillədə Havana (2,10 Mb/san) qərarlaşıb.

Azərbaycan paytaxtı martda mobil internetin sürətinə görə 59,78 Mb/san sürətlə əvvəlki aya nisbətən üç pillə irəliləyərək 168 şəhər arasında 74-cü yerdə qərarlaşıb.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (427,38 Mb/san), sonuncu yeri Havana (5,08 Mb/san) tutub.

Mənbə: “Speedtest Global Index”

Seçilən
91
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25840
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16777
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
16179
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13910
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
12390
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11326
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10808
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10533
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9983
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9298
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7104
Səidə Sultan klipi üçün lüt soyundu
7030
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6122
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5889
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5525
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5121
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4754
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4512
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4153