AZ

Almaniya səfiri Çin XİN-ə çağırıldı

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra alman səfir Çin Xarici İşlər Nazirliyinə çağırılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Almaniyanın Pekindəki səfiri Patrisiya Flor "X" hesabda açıqlama verib.

Dörd alman vətəndaşının Çinin adından casusluq ittihamı ilə saxlanılmasının ardından XİN-ə çağırıldığını təsdiqləyib. Flor bu vəziyyəti həmsöhbətlərinə ölkəsinin münasibətini çatdırmaq üçün yaxşı fürsət kimi şərh edib və hansı ölkədən olmasından asılı olmayaraq Almaniyada casusluq fəaliyyətinə dözmədiklərini vurğulayıb. 

Zərifə Nağıyeva

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla