AZ

Keçmiş baş nazirdən antidepresan etirafı: “Siyasət çox güclü stresə səbəb olur”

Avstraliyanın keçmiş baş naziri Skott Morrison cəmiyyətdə böyük marağa səbəb olan açıqlamalar verib. Onun açıqlamasına görə, sən demə, Morrison baş nazirliyi dövründə stresslə mübarizə aparmaq üçün antidepresanlardan istifadə edib.

KONKRET.az xəbər verir ki, sosial media hesabından paylaşım edən Morrison psixi problemlərlə mübarizə apardığı etiraf edib: “Siyasətin azğınlığı və fiziki yorğunluq psixi sağlamlığıma ciddi təsir edib”.

Qeyd edək ki, 2018-2022-ci illər arasında baş nazir vəzifəsini icra edən mühafizəkar Morrison deyib ki, o qədər stress keçirirmiş ki, həkimi bu qədər uzun müddət dözə biləcəyinə inana bilmirdi: “Kömək almasaydım, ciddi depressiyaya düşərdim. Siyasətçilər də insandır, daşdan deyil”.

Depressiya keçirərkən mühüm görüşlərə qatıldığını ifadə edən Morrison yanvar ayında siyasətdən ayrılaraq özəl sektora keçib.

Xatırladaq ki, Avstraliyanın keçmiş baş nazirlərindən biri olan Malkolm Turnbull 2009-cu ildə yaşadığı çətinliklərə görə bir müddət intiharı düşündüyünü demişdi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla