AZ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Kamaləddin Qafarov

Bakı. Trend:

Aprelin 22-də Moskvada Rusiya Federasiyasının PrezidentiVladimir Putinin təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən,Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyinə həsr olunmuştədbir həm iqtisadi, həm də siyasi baxımdan çox önəmli hadisədir.Bu tədbir keçmiş SSRİ-nin, planetin quru ərazisinin altıda birhissəsini əhatə edən super dövlətin o dövrdəki subyektlərinin hərbirinin, yəni 15 respublikanın yaxın keçmişində baş vermiş önəmlihadisələrinin reabilitasiyasıdır.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, BAM ötən əsrdə həyata keçirilmiş ən nəhənglogistik layihələrdən biridir. “Bu layihənin gerçəkləşməsində ilkinmərhələlərdə Azərbaycan SSR-in rəhbəri, 1982-ci ildən sonra isəSSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq HeydərƏliyevin müstəsna xidmətləri olub. Cənab Prezident İlham Əliyevinbu dövlət tədbirinə Rusiya Prezidentinin dəvətilə qatılması daÜmummilli Liderimizin bütün keçmiş SSRİ və əlbəttə ki, ilk növbədə,Rusiya xalqları qarşısında tarixi xidmətlərinin etirafıdır.”

Deputat öz fikirlərini davam etdirərək, Azərbaycan və RusiyaPrezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyimünasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgəkeçirdikləri görüş zamanı etdikləri çıxışlarda bir çox vacibməqamlara dair önəmli açıqlamaların yer aldığını qeyd edib.

K.Qafarov xüsusi olaraq vurğulayıb ki, dövlət başçılarınınkeçirdikləri istər geniş tərkibli, istərsə də təkbətək görüşlərinhər iki ölkə arasında, Azərbaycan və rus xalqları arasında dostluqvə əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişləndirilməsivə möhkəmləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir:“Azərbaycan və Rusiya arasında münasibətlərin özünəməxsusözəlliklərə malik əsaslar üzərində formalaşmasında və bugünküsəviyyəyə yüksəlməsində hər iki ölkənin onilliklər ərzində vahiddövlətin tərkibində müttəfiq respublikalar kimi mövcud olmaları iləşərtlənir. Yetmiş il ərzində yaşanmış önəmli tarixi məqamlarölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırıb, münasibətləringələcəkdə də ardıcıl inkişafına zəmin yaradıb. MüasirRusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma,qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.Cənab Prezident İlham Əliyevin dediyi kimi, 2022-ci ilin fevralındaKremldə imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqındaBəyannamə əsas siyasi sənəd olaraq ölkələrimiz arasındaəməkdaşlığın əsas genişlənmə istiqamətlərini də müəyyən edir. İkidövlət arasında bu gün mövcud olan gündəlik kifayət qədər genişolmaqla, özündə regional təhlükəsizlik və qlobal strateji əhəmiyyətkəsb edən beynəlxalq nəqliyyat komponentlərini də ehtiva edir.Ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub”beynəlxalq nəqliyyat dəhlizi yük daşımalarının təhlükəsizliyibaxımından və bir çox ölkələr arasında ticari münasibətləristimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. Azərbaycan vəRusiya sadəcə böyük nəqliyyat layihələri həyata keçirmir.Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İransərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakinyükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşaedilməsinin zəruriliyini diktə edir. İkitərəfli münasibətlərdə,əlbəttə ki, regional təhlükəsizlik məsələləri hər zaman xüsusiləaktualdır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regionaltəhlükəsizlik üzrə əsas ölkədir və bütün qlobal və regionalaktorlar da bununla hesablaşmalıdırlar. Eyni zamanda, Avrasiyaməkanında gedən geosiyasi proseslərin əsas istiqamətini müəyyənedən amillər arasında ölkələrimiz arasındakı əməkdaşlığı,qarşılıqlı fəaliyyəti xüsusi qeyd etmək lazımdır. Məhz buamillərdən çox şey asılıdır. Qarşılıqlı fəaliyyət və qarşılıqlımaraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlıanlaşmanın möhkəmləndirilməsi və bütün məsələlərin nizamlanmasıdövlətlərarası münasibətlərin prioritet istiqamətləridir. Nəzərəalmaq lazımdır ki, ökələrimiz arasında yüksək səviyyəli qarşılıqlısəfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadiqaydada keçirilən iqtisadi forum və konfranslar bu münasibətlərininkişafında həlledici rol oynayır. Hazırda bütün bu amillər vətarixi şəraitin mövcud komponentləri çərçivəsində Azərbaycan-Rusiyaəlaqələri hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinəuyğun olaraq sürətlə inkişaf etdirilir.”

Məqalədə:
Seçilən
55
13
Mənbələr
Şərh ()
Bağla