AZ

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək – TƏBİB

Mayın 1-dən etibarən sağlamlıq haqqında arayışları elektron şəkildə əldə etmək mümkün olacaq.

Ulusal.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib.

O deyib ki, arayışlar hazırda vətəndaşlara ödənişli əsaslarla təqdim edilir.

“Mayın 1-dən etibarən arayışları elektron şəkildə əldə etmək mümkün olacaq. 18 yaşınadək uşaqların, hərbi xidmətə çağırışla bağlı olan arayışlar vətəndaşlara pulsuz təqdim edilir”,- V.Qurbanov bildirib.

O qeyd edib ki, arayışlar sığorta çərçivəsində qarşılanmır.

Xatırladaq ki, sağlamlıq haqqında arayışlar vətəndaşlara 40 manat ödəniş əsasında verilir.

Seçilən
40
3
Mənbələr
Şərh ()
Bağla