AZ

“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov

Bakıda poliklinikalarda növbə olmasının səbəbi vətəndaşın müalicələrinin Bakıda olmasını istəməsidir.

Bizim.Media xəbər verir ki, bu barədə “Elektron Tibbi Arayış”xidmətinin təqdimat mərasimində çıxışı zamanı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, tibb mərkəzləri qurulub ki, vətəndaşlar orada tibbi xidmətlərdən yararlana bilsin.

“Regionlarda hansı müayinələrə ehtiyac varsa, ona uyğun təminatlar həyata keçiriləcək. Biz istəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin. İlin sonunadək regionlarda müalicə ilə bağlı problemlər aradan qaldırılacaq.
Həmçinin həkim çatışmazlığı ilə bağlı addımlar atılıb. Bəzi bölgələrdə artıq bu problemləri həll etmişik”,- deyə o bildirib.

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla