AZ

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirildi - FOTO

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasına dair təntənəli mərasim keçirilib.

Bakupost.az xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.

Mərasimdə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev, Türkiyə Milli Müdafiə Nazirliyi Quru Qoşunlarının Baş Qərargah rəisi Levent Ergün, Rusiya Müdafiə Nazirliyi Baş Qərargah rəisinin müavini Sergey İstrakov, həmçinin Rusiya və Türkiyənin Azərbaycandakı səfirləri, Rusiya Sülhməramlı Kontingentinin rəisi iştirak ediblər.


Qeyd edək ki, mərkəz Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da yaradılıb. Sülhməramlıların ərazini tərk etməsindən sonra Monitorinq mərkəzinin işinə ehtiyac qalmadığı bildirilib.
Türkiyə-Rusiya
Türkiyə-Rusiya
Türkiyə-Rusiya
Türkiyə-Rusiya
Türkiyə-Rusiya
Türkiyə-Rusiya
Türkiyə-Rusiya
Türkiyə-Rusiya
Türkiyə-Rusiya
Türkiyə-Rusiya
Türkiyə-Rusiya
Türkiyə-Rusiya
Seçilən
49
8
Mənbələr
Şərh ()
Bağla