AZ

Ukraynanın ən çox ehtiyac duyduğu sursatları tədarük edirik - ABŞ

"Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinin ən çox ehtiyac duyduğu bəzi sursatları artıq Ukraynaya tədarük etməyə başlayıb".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

 

Brifinq zamanı o qeyd edib ki, ABŞ-ın yardım paketinə müxtəlif silah və texnika daxildir, ona görə də bəzi növlərin çatdırılması daha uzun çəkə bilər.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla