AZ

Putin məmurlardan TƏLƏB ETDİ: “Rusları uşaq sahibi olmağa məcbur edin”

Putin bütün səviyyəli məmurlardan rusları uşaq sahibi olmağa məcbur etməyi tələb edib.

İnterpress.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə prezident Vladimir Putin cümə axşamı İllik Ümumrusiya Demoqrafik Konfransının iştirakçılarına müraciətində deyib.

O bildirib ki, Rusiya hökumətinin bütün səviyyələri Rusiyada demoqrafik vəziyyətin yaxşılaşdırılması probleminin həllində iştirak etməlidir.

“Gənc nəslin böyük, çoxuşaqlı, mehriban bir ailənin dəyərləri ruhunda tərbiyə edilməsi vacibdir”, – Putin qeyd edib.

Prezidentin fikrincə, çoxuşaqlı olmaq “dövlətin inamlı inkişafı və cəmiyyətin mənəvi rifahı” üçün əsas şərtlərdən birinə çevrilməlidir.

“Demoqrafik vəziyyətin yaxşılaşdırılması, doğum səviyyəsinin və çoxuşaqlı ailələrin dəstəklənməsi prioritet milli vəzifədir”, – Putin vurğulayıb.

O əlavə edib ki, bu işə məmurlarla yanaşı, vətəndaş cəmiyyəti institutları, media, eləcə də müxtəlif sahələr üzrə layihələr – səhiyyə və təhsildən tutmuş iqtisadiyyat və mədəniyyətə qədər cəlb edilməlidir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla