Bu gün Azərbaycan Basketbol Liqasında XVIII turun növbəti görüşü keçiriləcək.
İdman.biz xəbər verir ki, günün yeganə matçı Bakıda təşkil olunacaq.
"Sərhədçi" Azərbaycan kubokunun qalibi "Neftçi"ni sınağa çəkəcək. Hər 2 komanda pley-offa vəsiqə qazandığında matç demək olar ki, formal xarakter daşıyacaq.
Qeyd edək ki, turun ilk 2 görüşündə "Sabah" "Xəzri"yə 77:65, “Xırdalan” “Cəlilabad”a 90:84 hesabı ilə qalib gəlib. Sabah "Gəncə" "Sumqayıt"ı, ertəsi gün NTD-İNDİQO "Şəki"ni qəbul edəcək.
26 aprel
XVIII tur
19:30. "Sərhədçi" – "Neftçi"
"Sərhədçi" İdman Mərkəzi
Sabah BK | 18 | 15 | 3 | 1722-1478 (+244) | 33 |
Xəzri BK | 18 | 13 | 5 | 1577-1485 (+92) | 31 |
NTD-İNDİQO | 17 | 13 | 4 | 1589-1377 (+212) | 30 |
Xırdalan BK | 18 | 12 | 6 | 1674-1636 (+38) | 30 |
Neftçi İK | 17 | 11 | 6 | 1496-1394 (+102) | 28 |
Sərhədçi PİK | 17 | 7 | 10 | 1484-1506 (-22) | 24 |
Sumqayıt BK | 17 | 6 | 11 | 1440-1553 (-113) | 23 |
Cəlilabad BK | 18 | 5 | 13 | 1555-1664 (-109) | 23 |
Gəncə BK | 17 | 4 | 13 | 1434-1574 (-140) | 21 |
Şəki BK | 17 | 1 | 16 | 1262-1566 (-304) | 18 |
İdman.biz