Bakı. Trend:
Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi keçmiş aqrar siyasət vəərzaq naziri Nikolay Solskini həbs edib.
Trend bubarədə Ukrayna KİV-ə istinadən xəbər verir.
Məlumata görə, keçmiş nazir külli miqdarda dövlət torpağınıqanunsuz mənimsəməkdə ittiham olunur. Məhkəmə Solskini iyunun24-dək həbs edib.
Keçmiş nazir məhkəmədə öz təqsirini boynuna almayıb. Onunsözlərinə görə, iş 2017-2018-ci illərdə baş verən hadisələrə aiddirvə o həmin dövrdə dövlət məmuru deyil, vəkil olub.