Bakı, 26 aprel, AZƏRTAC
ABŞ-ın dövlət katibi Antoni Blinken Çinə səfəri çərçivəsində bu gün Pekində Çin Sədri Si Cinpinlə görüşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə France-Presse agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadla məlumat yayıb. Lakin bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Antoni Blinkenin Çinə səfəri aprelin 24-də Şanxaydan başlayıb. Bu, onun Birləşmiş Ştatların dövlət katibi vəzifəsində ÇXR-ə ikinci səfəridir. Danışıqlarda ikitərəfli, regional və qlobal problemlərin, o cümlədən Ukrayna və Yaxın Şərq münaqişəsinə dair məsələlərin müzakirəsi planlaşdırır.
Dövlət katibinin ÇXR-ə səfəri aprelin 26-də başa çatacaq.