AZ

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Bakı, 26 aprel AZƏRTAC.

Arbitrajın əsas məqsədi iqtisadi sahədə yaranmış mübahisəli məsələlərdə ədaləti bərpa etməklə yanaşı şirkət və səhmdarların hüquqlarının qorumasından ibarətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri beynəlxalq investisiya və müqavilələr üzrə mütəxəssis, professor Huqo Barbier “Azərbaycan Arbitraj Günləri” beynəlxalq konfransın panel iclasında deyib. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyi yerli şirkətlərə beynəlxalq arbitraj məhkəmələrinə müraciət etmək imkanı verir ki, bu da çox mütərəqqi haldır.

Mütəxəssis bildirib ki, şirkətin səhmdarlarının da hüquqları qorunmalıdır. Bəzən şirkətin səhmdarı ilə şirkət arasında yaranan mübahisəli məsələləri yerli arbitraj məhkəmələri həll etməkdə çətinlik çəkirlər və məsələyə beynəlxalq arbitraj məhkəməsində baxılması zərurəti yaranır. Azərbaycanda həyata keçirilən hüquqi islahatlarda bu məsələlər nəzərə alınıb və tərəflərin hüquqlarının qorunması təmin edilib.

Qeyd olunub ki, həm şirkətin, həm də onun səhmdarının hüquqlarının qorunması kimi problemli məsələlər 2023-cü ildə Azərbaycanda qəbul edilən “Arbitraj haqqında” Qanunda nəzərə alınır. Bu Qanun ölkədəki iqtisadi proseslərin surətlənməsinə və ümumi inkişafa xidmət edir.

 

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla