AZ

Acun "Fənərbağça"nın Avropadan kənarlaşdırdığı klubu alır

Acun "Fənərbağça"nın Avropadan kənarlaşdırdığı klubu alır

Məşhur türkiyəli iş adamı və "Hall Siti"nin sahibi Acun Ilıcalının yeni klub almaq planları üzə çıxıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Sloveniya Liqası komandalarından olan "NK Maribor" Ilıcalının yeni hədəfi olub.

UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Fənərbağça" ilə qarşılaşan "Maribor" ilk matçda səfərdə 3:1, ikinci matçda isə evdə 3:0 hesabı ilə məğlub olub.

Klubun yaydığı açıqlamada qeyd olunub ki, potensial investorlarla görüşmə və məlumat toplama prosesi həyata keçirilir:

"Bunlar məcburi olmayan görüşlər olduğu müddətcə mətbuatda çıxan xəbərlərə və ya namizədlərlə bağlı şayiələrə şərh verə bilmərik".

Seçilən
45
3
Mənbələr
Şərh ()
Bağla