AZ

U-17 yenə uduzdu, İlham Yadullayev razı qaldı

Ölkəmizin U-17 yığmasının Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf turnirinə qatıldığını xəbər vermişdik.

Yeniyetmələr Belarusun ardından Özbəkistandan olan həmyaşıdlarına da uduzub – 0:2. Turnirdə son oyununu aprelin 28-də Tacikistana qarşı keçirəcək yığmanın baş məşqçisi İlham Yadullayev son məğlubiyyətlə bağlı “Football-plus.az”a bunları dedi:

“Təəssüf ki, bu gün də məğlub olduq. Ancaq uşaqlar yaxşı oyun nümayiş etdirdi. Oyunun əvvəlində bəzi anlaşmazlıqlar oldu. Standart vəziyyətdən sonra qol buraxdıq. Buna baxmayaraq, oyunçular özlərinə gələ bildilər və ilk yarını yaxşı keçirdilər. Həm texniki, həm də taktiki cəhətdən. İki yaxşı imkanı qaçırdıq. Birində top dirəyə dəydi, digərində boş qapıya vura bilmədik. İkinci hissədə üstünlük hardasa biz tərəfdə idi, təhlükəli vəziyyətlər də yaratdıq, sadəcə, dəyərləndirə bilmədik. 90-cı dəqiqədə əks-hücumda qol buraxdıq. Ümumiyyətlə, deyərdim ki, komandadan razı qaldım. Uşaqlar ikinci oyunda artıq özlərinə inanmışdılar, çalışırdılar ki, hər şeyi düzgün yerinə yetirsinlər”.

ELMİN
Seçilən
61
Mənbələr
Şərh ()
Bağla