AZ

Stadionun yanında bomba tapıldı

“Mayns” klubunun ev oyunlarını keçirdiyi stadionun yaxınlığında bomba tapılıb.

500 kiloqramlıq partlamayan bomba İkinci Dünya müharibəsindən qalıb. “Meva Arena”nın yanındakı bombanın bu gün zərərsizləşdiriləcəyi gözlənilir.

Bu səbəbdən klub tur öncəsi mətbuat konfransını bir gün əvvəl edib. Bundan başqa, ərazidə yaşayan 4600 insan evakuasiya ediləcək.

Xatırladaq ki, 31-ci turda “Mayns” şənbə günü “Köln” komandasını qəbul edəcək.

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla