AZ

Ayın üzərində il reklam yerləşdirilib

Ayın

Bakı, 26 aprel, AZƏRTAC

Xabarovsk sakinləri sensasiyalı hadisənin şahidi olublar. Onlar Ayın üzərində “VK Video. Ulduzlar göründüyündən daha yaxındır” yazısını oxuyublar. AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, güclü lazer və ya işıqfordan istifadə etməklə yaradılmış proyeksiya Yerin təbii peykində yayımlanan dünyanın ilk reklamıdır.

Rusiyanın böyük brendi olan VK hətta əvvəllər öz raketlərində reklam yerləşdirməyi təklif edən “Roskosmos”u da geridə qoyub. Aydan nəhəng reklam lövhəsi kimi istifadə marketinq dünyasında yeni eranın başlanğıcını qoyan görünməmiş bir addımdır.

“VK Video” reklamının Ayda görünməsi bu platformada yumor ayına və məşhur simaların əsas mükafat - 20 milyon rubl üçün yumoristik komandalarda yarışdığı yeni “Ulduzlar” şousunun premyerasına təsadüf edir.

 

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla