AZ

Görüş yeri dəyişir: Fərqli məkan – İrəvandan açıqlama

Qazaxıstan tərəfinin təklifi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mümkün görüşünün tarixi barədə razılıq əldə olunan kimi məlumat verəcəyik.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.

“Ermənistan Cənubi Qafqazda davamlı sülhə nail olmaq məqsədinə yönəlmiş vasitəçilik səyləri və ya danışıqlar platformalarını nəzərdən keçirir və bunun tərəfdarıdır”, - nazirliyin sözçüsü deyib.

Badalyan fundamental prinsiplər və qarşılıqlı razılaşdırılmış sənədlərin reallaşmasının, o cümlədən iki ölkənin 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması və delimitasiya prosesinin aparılmasının önəmli olduğunu da vurğulayıb.

Prezident İlham Əliyev bundan əvvəl Azərbaycanın Qazaxıstandan belə bir təklif aldığını və bu platformada Ermənistanla görüşə razı olduğunu açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
45
Mənbələr
Şərh ()
Bağla