Nigeriyanın Niger əyalətində 119 məhbus həbsxanadan qaçıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Federal Paytaxt Ərazisi (FCT) Həbsxanasının sözçüsü Adamu Duza məlumat verib.
O bildirib ki, əyalətdə yağan leysan yağış və güclü külək nəticəsində həbsxananın bir hissəsi uçub.
Bu zaman məhbuslar həbsxanadan qaçmağa başlayıb.
Duza təhlükəsizlik qüvvələrinin başlatdığı əməliyyat-axtarış tədbirləri ilə 10 məhbusun artıq yaxalandığını bildirib.
Şəbnəm Mehdizadə