Ötən il 28 mindən çox şəxsə ali məktəb, kolleclərə qəbul üçüntibbi arayış təqdim edilib.
Trend xəbər verir ki, bu barədə “Elektron TibbiArayış”xidmətinin təqdimat mərasimində çıxışı zamanı TƏBİB-inİcraçı direktoru Vüqar Qurbanov deyib.
O qeyd edib ki, arayışlar sığorta çərçivəsində qarşılanmır.
“Arayışlar ödənişli əsaslarla təqdim edilir. Mayın 1-dənetibarən arayışları elektron şəkildə əldə etmək mümkün olacaq. 18yaşınadək uşaqların, hərbi xidmətə çağırışla bağlı olan arayışlarvətəndaşlara pulsuz təqdim edilir”,- deyə V. Qurbanov bildirib.
Xəbər yenilənəcək