AZ

"Azərbaycan təmassız ödənişlər üzrə regional liderdir"

Azərbaycan təmassız ödənişlər kontekstində regionda liderdir.

Bu barədə “Mastercard”ın Azərbaycandakı regional meneceri Emil Zeynalov mətbuat konfransında bildirib.

“Azərbaycan təmassız ödənişlər kontekstində regionda liderdir, Azərbaycanda NFC ödənişlərinin payı 30 faizi ötüb ki, bu da regionda lider statusunu təsdiqləyir”- Emil Zeynalov qeyd edib.

O həmçinin əlavə edib ki, bu il “Mastercard” beynəlxalq kart təşkilatı bir toxunuşla sürətli və təhlükəsiz ödəniş həlli olan "Masterpass"ı Azərbaycanda iki böyük bankın mobil tətbiqinə inteqrasiya etməyi planlaşdırır. Ötən il bu xidmət üzrə böyük əməkdaşlığa başlanılıb.

© APA

Seçilən
39
3
Mənbələr
Şərh ()
Bağla