AZ

Keniyada sel səbəbindən yollar bağlanıb,məhəllələr su altında qalıb

Keniyada leysan yağışların səbəb olduğu daşqınlarda ilkin məlumatlara görə 32 nəfər həyatını itirib.

“İki sahil”in "NTV"yə istinadla verdiyi xəbərə görə,  Keniya Qızıl Xaç Cəmiyyətindən verilən açıqlamada, ötən aydan bəri davam edən yağışların həyatı iflic etdiyi bildirilib.

Açıqlamada daşqınların paytaxt Nayrobini də təsir etdiyi və bəzi yolların bağlandığı, bir çox məhəllələrin də su altında qaldığı qeyd olunub.

Keniya Dəmir Yolları isə ölkə daxilində şəhərətrafı qatar xidmətlərinin dayandırıldığını elan edib.

Seldən zərər çəkənlər üçün axtarış-xilasetmə işlərinin davam etdirilir.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla