AZ

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.

 

Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, bir neçə saatlıq şiddətli yağış Nigeriyada orta səviyyəli həbsxananın bəzi hissələrini, o cümlədən ətrafdakı binaları dağıdıb. Qaçan məhbusların kimliyi və ya mənsubiyyəti ilə bağlı heç bir təfərrüat verilməsə də, onlardan 10 nəfərin yaxalandığı bildirilib.

 

Qeyd edək ki, Nigeriyada son illər zəif infrastruktur və yaraqlıların hücumları səbəbindən həbsxanadan minlərlə məhbus qaçıb.

 

Xüsusilə, 2022-ci ilin iyul ayında İŞİD-in paytaxt Abucadakı yüksək təhlükəsizlik həbsxanasına hücumu zamanı təxminən 440 məhbus qaçıb.

 

Asya

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla