AZ

“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”-bəstəkarın qızı onları məhkəməyə verir+FOTO+ÖZƏL

“Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnılarını oxusa məhkəməyə üz tutacam. Onlar özlərini məhkəmədə görəcəklər. Çox yaxında rəsmi qaydada atamın əsərlərini öz adıma keçirəcəm. Qəti şəkildə heç kimə icazə vermirəm. Allaha çox şükür ki, dövlətimizin gözəl qanunları var. O əsərləri yalnız dövlət özü öz tədbirlərində necə lazımdırsa istifadə edə bilər, gündə biri çıxan müğənnilər yox”
 
Bunu Moderator.az-a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O daha sonra əlavə edib.
“Toyda isə qəti şəkildə atamın mahnılarını oxumaq olmaz. Gedib öz səviyyələrinə uyğun nələrsə oxusunlar. Hələ bu azmış kimi oxuyub, yutub səhifələrinə də yerləşdirirlər. Bir çoxu heç bilmir ki, bu mahnı kimindir?! Bu sadəcə bildirişdi. İnsan tərbiyəsiz olmaz. Heç olmasa bir icazə almaq lazımdır. Elə sənətkarlar var ki, bizdən icazə alırlar. Mənə lazım deyil ki, kimsə oxusun və gətirib mənə qonorar versin. Özlərini elə aparırlar ki, elə bil mahnının müəllifi onlardır. Bizim bəzi müğənnilərimizdə bəstəkar anlayışı yoxdur. Mahnı yerdən çıxmayıb! Siz kimsiniz? Məndən icazəsiz atamın mahnılarını necə oxuya bilərsiniz? O mahnı artıq mənimdir. Atamın min dənə mahnısı var. Gündə birini oxuyurlar. Gedib danışdırsan deyəcək ki, Tahir Əkbəri mən məşhur etmişəm. Özlərini məhkəmədə görüb qonorar ödəmək istəyən şəxslər icazəsiz oxuya bilərlər. Kişinin nə ölüsündə baş sağlığı verdilər, nə dirisində yanında oldular. Heç qəbrinin yerini belə tanımırlar. Amma mahnılarından, adından istifadə edirlər. Tahir müəllim rəhmətə gedə bilər, amma mən yaşayıram. Bəziləri elə bilir ki, atamın mahnılarını oxuyanda zəng edib onlara təşəkkür edəcəm?!! Bu nə deməkdir? Kim qəbul edər bunu?” deyə sənətkarın qızı Bəhriyyə deyib.
Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli saytımıza açıqlamasında bildirdi ki, müəllif hüquqları pozuldu halda müəllif və hüquq sahibi Əqli Mülkiyyət Agentliyinə və məhkəməyə müraciət edə bilər.
 
“Belə müraciətlər olduqda agentlikdə onlara təmənnasız hüquqi yardım göstərilir. Müəlliflər və hüquq sahibləri əsərləri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə və əsərin qeydiyyatı haqda şəhadətnamə ala bilərlər. Müəllif vəfat etdiyi halda onun qanuni vərəsələri qeydiyyat üçün agentliyə müraciət edə bilərlər. Kimisə bu və digər suallar maraqlandırarsa, daha ətraflı məlumat üçün agentliyin 960 çağrı mərkəzinə müraciət edə bilər” deyə agentlik rəsmisi bildirib.
 
Seçilən
33
7
Mənbələr
Şərh ()
Bağla